TƏCİLİ: İran rejimi Azərbaycanın ərazi bütövlüyünü və milli suverenliyini açıq şəkildə təhdid edirVİDEO
Tarix: 18-10-2022, 13:36
Baxılıb: 373
Google+ Paylaş
Tumblr Paylaş

TƏCİLİ: İran rejimi Azərbaycanın ərazi bütövlüyünü və milli suverenliyini açıq şəkildə təhdid edirVİDEO

18-10-2022, 13:36

Musavat.com "Azad İran"a istinadən xəbər verir ki, İran İnqilabının Keşikçiləri Korpusu oktyabrın 17-də SEPAH-ın Quru Qoşunlarının Azərbaycanla sərhədə canlı qüvvə, zirehli texnika, Araz çayından keçmək üçün üzən körpülər və digər hərbi qurğular göndərib.
Bununla bağlı, SEPAH-ın “Tvitter” kanalı “TƏCİLİ” qrifi ilə İran əsgərinin Araz çayının Azərbaycanla sərhəddə Xudafərin körpüsü yaxınlığında durduğu və İran ordusunun üzən körpülərinin Araz çayının üzərində açıldığına dair videorolik hazırlayıb.
Videonun altında yazılır: “SEPAH “işğal altındakı Şimali Azərbaycan əyalətində” (Bakı) yaşayan iranlılara mənalı mesaj göndərib”.
Habelə Quran ayəsindən sitat gətirilir: “O zaman ki, biz dənizi yardıq və sizi xilas etdik”.
Bununla da, SEPAH Azərbaycanı hədələyərək mesaj verir ki, İran ordusu hər an Araz çayı üzərindən keçərək dost, müsəlman, qonşu, eyni dil, din və mədəniyyətin daşıyıcısı dediyi bir ölkəyə hərbi təcavüz etmək üçün hazır vəziyyətə gətirilib.
Musavat.com həmin videonu təqdim edir: 

 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ