DİN-in 5 əməkdaşına kapitan rütbəsi verildi - SİYAHI
Tarix: 17-10-2022, 17:20
Baxılıb: 297
Google+ Paylaş
Tumblr Paylaş

DİN-in 5 əməkdaşına kapitan rütbəsi verildi - SİYAHI

17-10-2022, 17:20

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin 5 əməkdaşına polis kapitanı rütbəsi verilib.
Reportyor.tv Report-a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı, Şəki regional qrupunun baş inspektoru Mahir Mənsimov, Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov, Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev və Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımova polis kapitanı rütbəsinə layiq görülüblər.
DİN-in Mətbuat Xidməti məlumatı təsdiqləyib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ