SEPAH-dan iğtişaşlarla bağlı XƏBƏRDARLIQ: "Qaçılmaz olaraq..."
Tarix: 23-09-2022, 00:56
Baxılıb: 77
Google+ Paylaş
Tumblr Paylaş

SEPAH-dan iğtişaşlarla bağlı XƏBƏRDARLIQ: "Qaçılmaz olaraq..."

23-09-2022, 00:56

"İran xalqı düşmən qüvvələrin ölkənin sabitliyini və təhlükəsizliyini pozmaq üçün növbəti sui-qəsd həyata keçirməsinə icazə verməyəcək".
reportyor.org xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) cümə axşamı günü verdiyi açıqlamada deyilir.
“Bizim düşmənlərimiz öz məqsədlərinə çatmaq üçün bütün imkanlardan istifadə edirlər və son küçə iğtişaşlarını qızışdırmaq üçün növbəti ümidsiz cəhddir və bu, qaçılmaz olaraq iflasa uğrayacaq”, - bəyanatda deyilir.
İnqilab Keşikçiləri Korpusunun komandanlığı iranlıları ayıq-sayıq olmağa çağırıb və məhkəmə orqanlarını cəmiyyət üçün təhlükə yaradanları ifşa etməyə çağırıb. Sənədə əsasən, sui-qəsdçilər və onların arxasında duranlar dayanıqlığına və strateji nailiyyətlərinə görə İran xalqından qisas almağa çalışırlar.
Xatırladaq ki, beş gündür ki, İranın paytaxtı və digər şəhərlərində iğtişaşlar davam edir.
Asayiş keşikçiləri ilə toqquşmalarda 17 nəfər ölüb, onlarla insan yaralanıb, yüzlərlə insan saxlanılıb.
Şiraz və Məşhəddə polis zabitlərinə hücumlar baş verib, bir polis zabiti və “Bəsic” könüllü milislərinin iki üzvü öldürülüb. Bu etirazlar şənbə günü Məhsə Əmini adlı 22 yaşlı qızın dəfnindən sonra başlayıb. Səlahiyyətlilərin məlumatına görə, sentyabrın 16-da qız hicab geyinmə qaydalarını pozduğuna görə əxlaq polisi tərəfindən nəzarətə götürülüb. O, sorğu-sual zamanı infarkt keçirərək dünyasını dəyişib. Lakin sosial şəbəkələrdə yayılan xəbərlərdə Məhsənin polis əməkdaşları tərəfindən döyüldüyü iddia edilib.
İran prezidenti İbrahim Rəisi bazar günü qızın ailəsi ilə telefonla danışıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ