Bakı sakinləri od püskürdü! Erməni təxribatına necə cavab verməliyik?VİDEO
Tarix: 14-09-2022, 02:23
Baxılıb: 514
Google+ Paylaş
Tumblr Paylaş

Bakı sakinləri od püskürdü! Erməni təxribatına necə cavab verməliyik?VİDEO

14-09-2022, 02:23

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. 
Azərbaycan ordusu düşmənə layiqli cavab verərək onları geri oturtdu və düşmən tərəfi ciddi itkilər verdi. Elə Ermənistanın baş naziri Nikol Paşinyanın özünün açıqladığına görə erməni ordusu 49 nəfər itki verib. O bildirib ki, bu son rəqəm deyil. Daha böyük itkilərin olduğu deyilir. 
Bundan başqa, Rusiyalı “hərbi jurnalist”, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın təbliğatını aparan Semyon Peqov Azərbaycan-Ermənistan sərhədində baş verən son toqquşmalarda 180 erməni hərbçisinin öldürüldüyünü, 50-dən çox yaralının olduğunu açıqlayıb.
Bütün bu baş verənlər həm də danışıqlar prosesinin pozulmasıdır. Ermənilərin təxribatlarının arxasında dayanan başqa hansı səbəblər var? 
İndi dövlətimiz, diplomatiyamız və ordumuz hansı addımları atmalıdır? Azərbaycan vətəndaşları bu məsələ haqqında nə düşünürlər və baş verənlərdən nələr gözləyirlər. 
Musavat.com olaraq bu suallara cavab tapmaq üçün paytaxt sakinləri arasında sorğu keçirmişik. Nəticələrini sizə təqdim edirik. 

 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ