İtaliyada uçqun nəticəsində ölənlərin sayı 7-yə yüksəldi
Tarix: 5-07-2022, 02:04
Baxılıb: 260
Google+ Paylaş
Tumblr Paylaş

İtaliyada uçqun nəticəsində ölənlərin sayı 7-yə yüksəldi

5-07-2022, 02:04

İtaliyada Marmolada zirvəsindəki Punta Rokka buzlağından qopan böyük buz təbəqəsinin dağda olan alpinistlərin üzərinə çökməsi nəticəsində ölənlərin sayı 7-yə çatıb.
reportyor.org xəbər verir ki, dörd nəfər uçqun altından sağ çıxarılıb. Beləliklə, itkin düşənlərin sayı 15-ə enib.
Hazırda əlverişsiz hava şəraiti ilə əlaqədar axtarış-xilasetmə işləri dayandırılıb.
Xatırladaq ki, ötən gün Punta Rokka buzlağının əriməsi nəticəsində böyük buz təbəqəsinin dağda olan 30 alpinistin üzərinə çökməsi ilkin məlumatlara görə, 6 nəfərin həyatına son qoyub. Hadisə nəticəsində alpinistlərdən ikisi ağır olmaqla 8 nəfər yaralanıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ