Nazarbayevin yeri məlum oldu - Bu ölkədə imiş ...
Tarix: 8-01-2022, 11:23
Baxılıb: 556
Google+ Paylaş
Tumblr Paylaş

Nazarbayevin yeri məlum oldu - Bu ölkədə imiş ...

8-01-2022, 11:23

Mərkəzi Asiya üzrə ekspert, politoloq Arkadi Dubnov Qazaxıstanın eks-prezidentinin yerləşdiyi ölkənin adını açıqlayıb. 

Ucnoqta.az Qaynarinfo-ya istinadən xəbər verir ki, siyasətçinin yaxınlarının saxlanması ilə bağlı da məlumat verib.
Arkadi Dubnov öz Facebook səhifəsində Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin Çində olduğunu bildirib. Hələlik bu məlumatın təsdiqi yoxdur, mütəxəssis öz mənbələrinə istinad edir.

Dubnov Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldının Dubayda saxlanmasından da danışıb. Politoloq eks-prezidentin kiçik qardaşı, DTX rəhbərinin keçmiş birinci müavini Samat Abişin saxlanması ilə bağlı daha əvvəl yayılan məlumatı da təsdiqləyib.

Qazaxıstanda etirazlar başlayandan sonra bir çox ekspertlər baş verənlərə reaksiya verməyən Nazarbayevin harada olması ilə maraqlanıblar. Eyni zamanda aksiya iştirakçılarının özləri də ölkənin keçmiş rəhbərindən narazılıqlarını fəal şəkildə ifadə ediblər. Məsələn, Taldıkorqanda nümayişçilər siyasətçinin abidəsini söküblər.

Telegram kanallarında yanvarın 5-dən Nazarbayevin Qazaxıstandan "uçması” ilə bağlı məlumatlar yayılıb. Bunun "sübut”u əvvəlcə hökumət kollegiyasının ölkədən getməsi, daha sonra isə eks-prezidentin kürəkəninin şəxsi təyyarəsinin Qırğızıstan sərhəd hava limanına gəlməsi olub.


Politoloq Zatulin bildirib ki, Qazaxıstanda etirazların və sonradan baş verən iğtişaşların səbəbi Tokayevlə Nazarbayev arasında yaranmış nifaq olub. Onun sözlərinə görə, bunu Abiş Samatın DTX rəhbərinin birinci müavini vəzifəsindən istefa verməsi sübut edir. Eyni zamanda o, hesab edir ki, nümayişləri hakimiyyətdən qidalanan şəhərətrafı rayonlardan olan millətçilər təşkil edib.

Yanvarın 7-də məlum olub ki, Belarus prezidenti Aleksandr Lukaşenko Nazarbayevə zəng edə bilib


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ