Ermənistanın sonuncu ümidi PUÇ OLDU, İran Azərbaycanla RAZILIĞA GƏLİB - Başqa seçimləri YOXDUR / ŞƏRH
Tarix: 23-10-2021, 00:57
Baxılıb: 531
Google+ Paylaş
Tumblr Paylaş

Ermənistanın sonuncu ümidi PUÇ OLDU, İran Azərbaycanla RAZILIĞA GƏLİB - Başqa seçimləri YOXDUR / ŞƏRH

23-10-2021, 00:57

“Müəyyən yeniliklərin olacağını gözləyirəm, amma bu yeniliklər tədricən olacaq. İndi vəziyyət xeyli sabitləşib. Ermənilərin sonuncu ümidi İran İslam Respublikası idi. Görünür, İran da Azərbaycanla hansısa razılığa gəlib. Bunun rəsmi və ya qeyri-rəsmi olmasının elə də əhəmiyyəti yoxdur. Üstəlik Rusiya da açıq formada İranın mövqeyini dəstəkləmədi. Faktiki Ermənistanın sonuncu ümidi - bəlkə İran Azərbaycana qarşı nəsə edə bilər məsələsi də puça çıxdı”.

REPORTYOR.org xəbər verir ki, bunu hərbi analitik Azad İsazadə deyib.

Onun fikrincə, Ermənistanın İranla bağlı ümidləri puça çıxdıqdan sonra İrəvan çalışacaq ki, müəyyən güzəştlərə getsin: “Mənim şəxsi qənaətimə görə, Ermənistan tərəfi kompromislər “çay qaşığı” ilə etməyə çalışacaq. Yəni hər şeyə birdən razı olmayacaq, tədricən addımlar atmalı olacaq. Başqa seçim yoxdur”.

Azad İsazadə qeyd edib ki, faktiki irəliləyiş var: “Mən istisna etmirəm ki, hansısa qapalı qapılar arxasında sülh müqaviləsinin ilkin variantı hazırlanır. Əlbəttə, bu, mənim müşahidəmdir. Çünki biz son günlər müəyyən təmasların davam etdiyini görürük. Bunlar təsadüfi görüşlər və müzakirələr ola bilməz”. / Teleqraf.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ