İsmayıllı rayonu Kürdmaşı, Enişdibi, Talış və sair kəndlərin sakinləri Azinfo.tv və Kendtv.info saytlarına müraciət edərək qarşılaşdıqları çətinliklər barəsində yazırlar.
Bizə bu problemi rayon suvarma sistemləri idarəsinin rəisi Fazil Həsənov yaradır. Bu adam deyir ki, dövlət sifarişi əsasında bəndbərkitmə işləri aparırıq. Ancaq nə işlər qurtarır, nə də ki, biz bir neçə kəndin əhalisini susuz vəziyyətdə qoyublar.
Fazil Həsənov, ümumiyyətlə, rəhbərlik etdiyi idarəni özünün gəlir mənbəyinə çevirib. Deyir, mən heç kimi tanımıram, əcəb edirəm.Yalandan deyir ki, Yevlax şirkəti tenderdə qalib gəlib və işi də onlar görürlər. Ancaq texnikalar, özünün, işçilər özünün bir praqrabı başqa yerdən gətirib. Sonrası da yayın ortasında insanları susuz qoymaq hansı qanuna, hansı əxlaqa sığır? Niyə alternativ variantlar təqdim olunmur?
Göldə tonlarla balıq məhsulları məhv edildi. Hara baxır ekologiya və təbii sərvətlər nazirliyi. Regional ekologiya idarəsi heç bir iş görmür. Çünki bütün baş verənlər onların gözləri qarşısında baş verir. Biz yaxın günlərdə daha izdihamlı şəkildə öz etirazımızı bildirəcəyik.
Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Tezliklə qeyd olunan gölün mühafizə zolağında fəaliyyət göstərən restoranların nə dərəcədə qanuni olub, olmadığına dair reportaj hazırlayıb ictimaiyyətə təqdim edəcəyik.
Odur ki, bizi izləyin!
Xəbəral.az