"Qarabağ" "Legiya"nı Polşada darmadağın edir
Tarix: 1-10-2020, 23:32
Baxılıb: 966
Google+ Paylaş
Tumblr Paylaş

"Qarabağ" "Legiya"nı Polşada darmadağın edir

1-10-2020, 23:32

Polşada "Legiya" və "Qarabağ" komandaları arasında keçirilən Avropa Liqasının pley-off matçında növbəti qol vurulub.
"Report" xəbər verir ki, 62-ci dəqiqədə Abdullah Zubir meydan sahiblərinin müdafiəçilərini təkbaşına keçərək, qapıçı Artur Borutsu məyus edib. Bununla da "Qarabağ" hesabı artırıb - 2:0. 
23:20
Polşada "Legiya" və "Qarabağ" komandaları arasında keçirilən Avropa Liqasının pley-off matçında hesab açılıb. "Report" xəbər verir ki, 50-ci dəqiqədə Patrik Andrade Ovusu Kvabenanın ötürməsindən sonra topu qapıya göndərib. Bu qolla "Qarabağ" hesabda önə keçib - 1:0.
23:08
Polşada "Legiya" və "Qarabağ" komandaları arasında keçirilən Avropa Liqasının pley-off matçında ikinci hissə başlayıb. "Report" xəbər verir ki, ilk yarıdan sonra hesab bərabərdir - 0:0. 
23:03
Polşada "Legiya" və "Qarabağ" komandaları arasında keçirilən Avropa Liqasının pley-off matçının ilk yarısı başa çatıb. "Report" xəbər verir ki, komandalar fasiləyə heç-heçə ilə yollanıblar - 0:0. 
22:46
Polşada "Legiya" və "Qarabağ" arasında UEFA Avropa Liqasının pley-off oyunu start götürüb. "Report"un məlumatına görə, görüş Varşavadakı "Wojska Polskiego" stadionunda keçirilir. 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ