ÜST-nin Azərbaycandakı nümayəndəsinin fotoları tənqid olundu
Tarix: 16-06-2020, 09:44
Baxılıb: 671
Google+ Paylaş
Tumblr Paylaş

ÜST-nin Azərbaycandakı nümayəndəsinin fotoları tənqid olundu

16-06-2020, 09:44

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancının Azərbaycanın bir sıra şəhər və rayonlarında tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi günlərində şimal bölgəsində istirahətə yollanması ictimaiyyətdə müzakirələrə səbəb olub.
"Report" xəbər verir ki, xanım Harmancının sərt karantin günlərində Quba və Qusar meşələrində istirahət zamanı çəkdirdiyi fotoları Instagram-da paylaşıb. Onun bu paylaşımı ictimaiyyətdə birmənalı qarşılanmayıb.
Belə ki, sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycanda insanları evdə qalmağa səsləyən ÜST-nin nümayəndəsinin sərt karantin günlərində "narıncı" zonadan (Bakı) "sarı" zonaya getməsini karantin qaydalarının kobud şəkildə pozulması kimi qiymətləndirilib.
Harmancı fotonu nə vaxt çəkdiyini açıqlamayıb və hələ ümumiyyətlə tənqidlərə münasibət bildirməyib.
Qeyd edək ki, 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib.
Həmin müddət ərzində qeyd olunan şəhər və rayonların ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisna olmaqla).
Qeyd olunan şəhər və rayonlarda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ