Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Tarix: 18-04-2024, 12:45
Baxılıb: 53
Google+ Paylaş
Tumblr Paylaş

Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir

18-04-2024, 12:45

2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin nəzərdə tutulan beş illik müddətdən əvvəl ölkədən çıxarılması prosesinə başlanılıb.
Bu barədə ilkin olaraq, müxtəlif media resursları və sosial şəbəkələrdə yayılan qeyri-rəsmi informasiya daha sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Kremlin mətbuat katibi Dmitri Peskovun müvafiq açıqlamaları ilə rəsmən təsdiqlənib.
Hazırda sosial şəbəkələrdə Rusiya sülhməramlı kontingenti və onun istifadəsində olan hərbi texnikanın Azərbaycandan çıxarılmasını əks etdirən çoxsaylı videolar yayılmaqdadır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ