Söz sizdədir, Mürsəl İbrahimov… - “Porno” ulduzları izləyən Əlsəfa Məmmədovun fəliyyəti ciddi şəkildə təftiş edilməlidir
Tarix: 14-03-2024, 21:27
Baxılıb: 417
Google+ Paylaş
Tumblr Paylaş

Söz sizdədir, Mürsəl İbrahimov… - “Porno” ulduzları izləyən Əlsəfa Məmmədovun fəliyyəti ciddi şəkildə təftiş edilməlidir

14-03-2024, 21:27

“Porno” ulduzları izləyən Əlsəfa Məmmədovun fəliyyəti ciddi şəkildə təftiş edilməlidir
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən prokurorluq orqanlarına 2023-cü il ərzində müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma halları ilə bağlı daxil olmuş materiallar əsasında araşdırma aparılması ilə bağlı Baş Prokurorluqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti birgə məlumat yayıb. 
Məlumata görə, gənclərin hərbi xidmət keçməkdən boyun qaçırma faktıtı ilə bağlı 20 halda Cinayət Məcəlləsinin 321.1 və 321.2-ci maddələri ilə cinayət işləri başlanılaraq ibtidai istintaq aparılıb, həmin işlərdən 6-sı baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, digərləri üzrə isə ibtidai istintaq davam etdirilir.
Gerçəkdə hər bir ailədə vətənpərvərlik ruhu olmalıdır ki, bunu böyüdüb boya başa çatırdığı övladlarına da aşılaya və onları vətənpərvər ruhda böyüdə, VƏTƏNİ sevdirə, onları Vətənin əsl vətən-daşı yetişdirə bilsin. Əlbəttə, vətənpərvərlik, əsil vətəndaşlıq ilk olaraqa ailədən doğan ən uca hissdir. Vətənpərvərlik ruhunda böyüməyən, tərbiyyə almayan həqiqi hərbi xidmətə yararlıə gənclər söz yox ki, VƏTƏNƏ xidmətdən boyun qaçıracaqlar. Və bunun üçün də müxtəlif yollar arayacaqlar. Məlum məsələdir ki, həqiqi hərbi xidmətdən yayınmağın ən asan mexanzmi özünü xəstəliyə vurub yayınmaqdır. Çünki bu günə qədər ölkənin hərbi “komissarlıq” sistemində buna münbit şərait yaradılıb. Həqiqi hərbi xidmətdən yayınan gənclər məhz hərbi “komissarlıqların” rəhbərləri və ayrı-ayrı vəzifəli şəxsləri, həmçinin də həkim komissiyalarının köməyi ilə, onların rəvac verdikləri qanunsuzluqlardan dolayı yayına bilirlər.
Sirr deyil ki, həm “komissarlıqlar”, həm də onlarnan əlbir çalışan həkim komissiyaları saxta həkim rəyləri verərkən korruptiv sövdələşmə əsasında razılaşdırılmış formada verirlər. Belə olan halda isə daha çox məsuliyyət “komissarlıq” və hərbi həkim komissiyasının üzərinə düşür. Bildiyimiz kimi, həqiqi hərbi xidmətdən yayınan çağırışçılarbu imkanları və “münbit” şəraiti yaradan elə “komissarlıq” və hərbi həkim komissiyalarıdır. Yoxsa onlara saxta həkim rəyi verilməsə onlar necə bunu edə, xidmətdən yayına bilərlər?
Bu proses bütün “komissarlıqlarda”, çağırış şöbələrində baş verib. Və hələ də verməkdə davam edir. Necə ki, son təyinata qədər, yəni Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin Beyləqan rayon şöbəsinin rəisi işləmiş, hazırda Sabirabad rayon şöbəsinin “komissarı” işləyən Əlsəfa Məmmədov yüzlərlə həqiqi hərbi xidmətə yararlı gəncləri hərbi xidmətdən yayındırıb. 
Belə ki, Əlsəfa Məmmədovun 44 günlük Vətən müharibəsində yüzlərlə çağırışçıları müharibədən yayındırdığı bildirilir. Hələ o vaxtlar Əlsəfa Məmmədovun, rüşvət yolu ilə imkanlı şəxslərin övladlarını müharibədən yayındırdığı, əvəzində maddi durumu zəif olan, müharibəyə yararsız, bir evin 2-3 oğlunu birdən, hətta xəstə ata-ananın yeganə övladını belə müharibəyə göndərdiyi haqda mediada yazılar dərc edilib. Həmin yazılar hələ də saytlarda qalmaqdadı. Saytların iddiasına görə, Əlsafa Məmmədov 44 günlük Zəfər savaşı dövründə 7-10 min AZN arası nəğd pul alaraq, səfərbərliyə cəlb olunan çağırışçıları xidmətdən yayındırmaqla məşğul imiş. 

Reportyor.tv bildirir ki, məhz həmin yazıların davamlılığınını görə, o vaxtkı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin rəisi Arzu Rəhimov Əlsəfan Məmmədovu Beyləqan rayonundan Sabirabad rayonuna transfer etdi. 
Qeyd edək ki, Əlsəfa Məmmədovun Beyləqanda Hərbi Komissar kimi fəaliyyəti heç də müsbət xarakterizə edilmir. Xatırladaq ki, vətən müharibəsindən bir qədər sonra rayonun icra başçısı, hüquq mühafizə orqanları əməkdaşları rayonun Təzəkənd kəndində şəhid məclisinə gedərkən, kənd sakinləri və şəhid atası Əlsəfa Məmmədovu kənddən qovublar. 
Reportyor.tv olaraq bu günləri də Əlsafa Məmmədov haqqında internet üzərindən kiçik araşdırma apardığımız zaman onun "gününün böyük hissəsini kabinetində kompüter arxasında keçirdiyini və porno ulduzların videolarını izlədiyi haqda məlumatlara da rast gəlirik. Sizcə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin rəisi Mürsəl İbrahimova iş saatının çox hissəsini kabinetdə oturub “PORNO” ulduzların videolarını zövüqlə izləyən Əlsəfa Məmmədov adlı bir işçi lazımdırmi?! Və yaxud həqiqi hərbi xidmətə yararlı çağırışçıları “neqonı” edən komissar?..
Buyurun söz sizdədir, cənab Mürsəl İbrahimov...


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ