Belarusdan Ermənistan açıqlaması: Nəticə çıxarmaq hələ tezdir
Tarix: 23-02-2024, 23:43
Baxılıb: 113
Google+ Paylaş
Tumblr Paylaş

Belarusdan Ermənistan açıqlaması: Nəticə çıxarmaq hələ tezdir

23-02-2024, 23:43

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin silahlı qüvvələri mövcud planlar üzrə işləyir. Ermənistanın təşkilatda iştirakı məsələlərinə dair nəticə çıxarmaq hələ tezdir.
reportyor.org xəbər verir ki, bunu Belarus Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəisi Valeri Revenko deyib.
“KTMT çərçivəsində əməkdaşlığa gəlincə, məncə, nəticə çıxarmaq tezdir. Siyasi bəyanatlar var, silahlı qüvvələr arasında bu gün mövcud olan münasibətlər var - bizim planlarımız var, biz bu planlar üzrə işləyirik”, - deyə o bildirib.
Revenko siyasi bəyanatları bir kənara qoyub əməkdaşlığı inkişaf etdirməyə çağırıb: “Lakin KTMT-dəki hazırkı tərəfdaşımız Ermənistanla əməkdaşlığı inkişaf etdirəcəyik”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ