Ramiz Mehdiyevin təsis etdiyi bu vəzifələr ləğv edildi
Tarix: 23-02-2024, 23:43
Baxılıb: 131
Google+ Paylaş
Tumblr Paylaş

Ramiz Mehdiyevin təsis etdiyi bu vəzifələr ləğv edildi

23-02-2024, 23:43

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarında baş direktor və icraçı direktor vəzifələri ləğv edilib.
reportyor.org İqtisadiyyat.az-a istinadən xəbər verir ki, akademiyanın institutlarında baş direktor vəzifəsi direktor, icraçı direktor vəzifəsi isə elmi işlər üzrə müavin vəzifəsi kimi təsdiqlənib.
Bu vəzifələrin AMEA-nın yeni Nizamnaməsinə uyğun olaraq təsdiq edildiyi bildirilib.
Xatırladaq ki, əvvəllər də AMEA-nın institutlarında direktor və müavin vəzifələri mövcud olub. Baş direktor və icraçı direktor vəzifələri Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə təsis edilmişdi.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ