Rusiyaya məxsus daha bir kəşfiyyat təyyarəsi vuruldu - VİDEO
Tarix: 23-02-2024, 23:43
Baxılıb: 94
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyaya məxsus daha bir kəşfiyyat təyyarəsi vuruldu - VİDEO

23-02-2024, 23:43

Fevralın 23-də axşam saatlarında Rusiyanın daha bir “AN-50” radiolokasiya təyyarəsi Ukrayna ordusu tərəfindən vurulub.
reportyor.org xəbər verir ki, təyyarənin Rusiya Federasiyasının Krasnodar diyarının Zəhmətkeş Ermənistan kəndi səmasında vurulduğu və həmin ərazidə yerə düşərək alışdığı bildirilir.
Qeyd olunub ki, təyyarə hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub.
Xatırladaq ki, 2024-cü il yanvarın 14-də Azov dənizi üzərində Rusiyaya məxsus daha bir “A-50” məhv edilib.
Qeyd edək ki, “A-50”nin baza versiyasının dəyəri təqribən 330 milyon dollar, modernləşdirilmiş variantı isə təxminən 500 milyon dollardır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ