Zelenski Ermənistana səfər edəcək
Tarix: 23-02-2024, 23:41
Baxılıb: 316
Google+ Paylaş
Tumblr Paylaş

Zelenski Ermənistana səfər edəcək

23-02-2024, 23:41

Ukrayna prezidenti Volodimir Zelenski yaxın vaxtlarda Ermənistana səfər edəcək.
reportyor.org xəbər verir ki, bu barədə Factor.am öz mənbələrinə istinadən məlumat yayıb.
“Etibarlı mənbəmizin bildirdiyinə görə, hazırda Ukrayna prezidentinin Ermənistana səfəri planlaşdırılır. Lakin səfərin tarixi son olaraq təsdiqlənməyib. Zamanla bağlı Ukrayna tərəfi ilə danışıqlar aparılır. Volodimir Zelenskinin İrəvana martda gələcəyi gözlənilir”, - nəşr yazıb.
Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Valeri Lobaç məlumatı təkzib etməyib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ