Azərbaycanda ƏMƏLİYYAT - Saxlanılanlar var + FOTOLAR
Tarix: 17-01-2024, 12:02
Baxılıb: 100
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda ƏMƏLİYYAT - Saxlanılanlar var + FOTOLAR

17-01-2024, 12:02

Biləsuvar rayonunun Bəydili kəndində tikilməkdə olan yeni məktəb binasının anbarından müxtəlif vaxtlarda dəyəri 2300 manat olan məişət və təmir-tikinti avadanlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Alışan Əzizli, Zahid Babayev və Kamran Sadıqzadə müəyyən edilərək saxlanılıblar. Oğurlanan əşyalar onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.
Bundan əlavə, şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki yaşayış evlərindən birindən oğurluq edən, digər bir evin həyətindən isə oğurluğa cəhd edən rayon sakini Pünhan Məmmədzadə saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.





Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ