Prezidentliyə namizədlər bölgələrdə
Tarix: 17-01-2024, 11:08
Baxılıb: 115
Google+ Paylaş
Tumblr Paylaş

Prezidentliyə namizədlər bölgələrdə

17-01-2024, 11:08

BAXCP sədri Sumqayıtda, Razi Nurullayev İmişlidə, Fuad Əliyev Binədə, Elşad Musayev Qobustanda, Fazil Mustafa Sabunçu da...
Məlum olduğu kimi, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisi ilə əlaqədar təbliğat-təşviqat kampaniyasına start verilib. Kampaniyanın ilk günü İctimai Televiziyanın efirində prezidentliyə namizədlərin təşviqatı başlayıb. Namizədlər dəyirmi masa formatında çıxış ediblər.
Prezident İlham Əliyevi dəyirmi masada onun səlahiyyətli nümayəndəsi Tahir Budaqov təmsil edib. Deputat Qüdrət Həsənquliyevin əvəzinə isə onun səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli çıxış edib. Digər namizədlər Fazil Mustafa, Zahid Oruc, Fuad Əliyev, Razi Nurullayev və Elşad Musayev debatda şəxsən iştirak edib. İlk debatın mövzusu Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması olub. Çıxışçılara 8 dəqiqə 57 saniyə vaxt verilib. 
Ötən gündən etibarən prezidentliyə namizədlər seçicilərlə görüşlərə başlayıblar. BAXCP sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyev Sumqayıt şəhərində seçicilərlə görüş keçirib. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi  Razi Nurullayev isə təbliğat-təşviqat kampaniyasına İmişli rayonundan başlayıb. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyevin seçicilərlə ilk görüşü Xəzər rayonunun Binə qəsəbəsində təşkil olunub. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Orucun səlahiyyətli nümayəndəsi Əziz Əlibəyli Bərdə rayonunda seçicilərlə görüş keçirib. Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev Qobustan rayonunda seçicilərin qarşısına çıxıb. Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa isə Sabunçu rayonunda seçicilərlə bir araya gəlib.
Paralel olaraq, Mərkəzi Seçki Komissiyası (MSK) Böyük Quruluş Partiyası, Milli Cəbhə Partiyası və Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədlərinin vəkil edilmiş şəxslərini qeydə alıb. Böyük Quruluş Partiyasından 17 nəfər, Milli Cəbhə Partiyasından 15 nəfər, Böyük Azərbaycan Partiyasından isə 50 nəfər vəkil edilmiş şəxs kimi qeydə alınıb.
Qəsəbəyə Şəfəq adı verdilər, heç yeridir?! - Siyavuş Novruzov -  GlobalInfo.az
Siyavuş Novruzov
Öncədən deyildiyi kimi, bu il Azərbaycanda parlament və bələdiyyə seçkilərinin keçirilməsi də gözlənilir. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Azərbaycanda bələdiyyə seçkiləri bu ilin dekabr ayında keçiriləcək. Onun sözlərinə görə, bununla bağlı qanunvericilik bazası təkmilləşdirilməlidir: “Seçkilərə qədər bələdiyyələrin sayı və digər məsələlərin hamısı nəzərdən keçirilməlidir. Bələdiyyə seçkilərinin yüksək səviyyədə təşkili üçün qanunvericilik mütləq təkmilləşdirilməlidir. Odur ki, qarşıda ciddi vəzifə və işlər dayanır”.
 “Mənim səsim” Seçki Monitorinq Koalisiyası ATƏT-in 7 fevral növbədənkənar prezident seçkisində Bakı şəhəri üzrə Seçkiləri Müşahidə Qrupunun üzvləri ilə görüşüb. Monitorinq Koalisiyasının ofisində 3 saatdan artıq davam edən görüşə koalisiyanın təsisçilərindən Novella Cəfəroğlu, Səadət Bənəniyarlı, ekspertlər - sosioloq Əhməd Qəşəmoğlu, politoloq Adəm İsmayıl, bir qrup könüllü müşahidəçi qatılıb. 
Novella Cəfəroğlu: Mənə ən çox əzab verən bu millətlərarası münaqişədir
Novella Cəfəroğlu
Novella Cəfəroğlu bildirib ki, Seçki Monitorinq Koalisiyasının əsas məqsədi seçki prosesi ilə bağlı tam tərəfsiz, obyektiv müşahidənin həyata keçirilməsidir: “Biz baş verən prosesləri dərindən, elmi metodlarla təhlil etmək, ölkəmizdə və beynəlxalq aləmdə seçkilər ətrafında müxtəlif siyasi maraqlara uyğun yayılan və çox zaman obyektiv olmayan informasiyaların qarşılığında real mənzərəyə tam adekvat hazırlamaq və yanlış təsəvvürlərin qarşısını almaqdır”.
Daha sonra Səadət Bənəniyarlı ATƏT nümayəndələrinə həyata keçiriləcək layihənin bütün detalları, mexanizmləri barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, 7 fevralda keçiriləcək seçkinin müşahidəsi üçün seçki ənənəsi olan ölkələrin tətbiq etdiyi metodlardan istifadə olunacaq: “Seçkidən sonra da layihə davam etdiriləcək, toplanmış zəngin məlumatlar əsasında Azərbaycanda seçki mədəniyyətinin, seçki təcrübəsinin daha da təkmilləşməsi üçün elmi əsaslarla tövsiyələr hazırlanacaq”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ