“Silah alın, Azərbaycana doğru yürüş edin” - Onlar İrəvanı müharibəyə sürükləyir
Tarix: 19-12-2023, 16:05
Baxılıb: 69
Google+ Paylaş
Tumblr Paylaş

“Silah alın, Azərbaycana doğru yürüş edin” - Onlar İrəvanı müharibəyə sürükləyir

19-12-2023, 16:05

“Demək olar ki, bütün ermənilər sülh və əmin-amanlıq istəyir. Bəli, Qarabağı unutmurlar, amma artıq döyüşmək də istəmirlər”.

Publika.az
xəbər verir ki, bu barədə erməni şərhçşi Tevos Arşakyan deyib.

T.Arşakyan qeyd edir ki, Ermənistanda müxalifət bunun əksini sübut etməyə çalışır. Onun sözlərinə görə, arqument kimi sorğuların nəticələrini göstərirlər.

“Hərçənd, bu sorğuların reallığı şübhə doğurur, xüsusilə virtual formada keçirilməsi şübhələnməyə əsas verir. Müxalif media olan “factifo” saytının “Youtube” kanalında keçirilən sorğunun da məqsədi budur. Sorğuda 8100 nəfər iştirak edib. Respondentlərin 66 faizi sülh gündəminə inanmır. Sorğuda 4 faizin sülhdən yana olduğu göstərilir. Belə çıxır ki, Paşinyanın sülh gündəliyini ölkədə cəmi 4 faiz dəstəkləyir, halbuki, burada manipulyasiya olduğu aydındır. Çünki sorğunun doğru olduğuna inansaq belə, 8 min nəfərin rəyi ölkə əhalisinin rəyi kimi qəbul edilə bilməz. Əslində bununla müxalifət ictimai rəyi yönləndirməyə çalışır və göstərir ki, Errmənistan hakimiyyəti xalqın istəyinin əksinə hərəkət edir. Halbuki, insanlar artıq öz yaxınlarını müharibədə itirmək istəmir, ona görə də sülh tərəfdarıdırlar. Onlar arasında hakimiyyətin tərəfdarı və əleyhdarı var, lakin hamısı müharibəyə qarşıdır”, - o bildirib.

Erməni şərhçi hesab edir ki, belə sorğuların sponsorları keçmiş “Qarabağ klanı”dır: “İllərlə qanımızı içiblər, əgər onların manipulyasiyasına inansaq, yenə içməyə davam edəcəklər. Axı yeni müharibə olarsa, ölən Moskvada, Parisdə, Los-Ancelesdə məskunlaşanlar yox, adi oğlanlar olacaq. Levon Koçaryan (Robert Koçaryanın oğlu-red), yaxud Mikael Minasyan (Serj Sarkisyanın kürəkəni-red) müharibədə iştirak etməyəcək”.

T.Arşakyan sülh istəməyənlərə “Əgər döyüşmək istəyirsinizsə, əlinizə silah alın, Azərbaycan sərhədinə doğru yürüş edin, bəlkə onda kimsə sizə inanar” deyə müraciət edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ