İcra başçının ərköyün oğlu prezidentin xəbərdarlığına məhəl qoymur- VİDEO
Tarix: 2-05-2020, 22:51
Baxılıb: 5 470
Google+ Paylaş
Tumblr Paylaş

İcra başçının ərköyün oğlu prezidentin xəbərdarlığına məhəl qoymur- VİDEO

2-05-2020, 22:51

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yüksək səviyyətə keçirtdiyi uğurlu əməliyyatlar bu gün də davam edir.
Məlum “Biləsuvar əməliyyatı” bir daha sübüt etdi ki, bəzi icra başçıları və onların havadarları hələ də meydan sulayır. Ölkə başçısı cənab İlham Əliyevin dəfələrlə xəbərdarlıqlarına məhəl qoymayan, öz çirkin əmllərini həyata keçirən bir neçə icra başçısı qanun çərçivəsində cəzalandırıldı. Bütün bunlara baxmayaraq hələdə Bakının bir neçə rayonlarında özbaşınalıqlar müşahidə olunur.
Dosye.org-a məlumat verən mənbə vurğulayır ki, Nizami RİH başçısı Arif Qasımov ətrafında baş verən hadisələr səngimək bilmir. Belə ki,  bir müddət əvvəl icra başçısının oğlu Nadir Qasımov hərbi xidmət dövrünü “Baku Aquatics Centre”də keçirtdiyi məlum olsada, sonradan məsələ bir dəfəlik qapandı. Lakin son günlər N. Qasımov yenidən avtoşluq etməklə gündəmə gəlməyi bacardı.
Mənbə daha sonra əlavə edir ki, icra başçısını oğlu bahalı avtomobili ilə şəhərin mərkəzində avtoşluq etdiyi bildirilir. Bir sözlə qanun tanımayan başçının ərköyün oğlu səs gücləndirici ilə avtomaşını şəhərin mərkəzində yüksək sürətlə idarə edir. Bu da bir növ prezident cənab İlham Əliyevin xəbərdarlığını qulaqardına vurmaq kimi dəyərləndirilir.
Məsələ dosye.org saytının əməkdaşalrı tərərəfindən araşdırılır. Bizi izləməyi unutmayın.
reportyor.org


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ