Ali məktəbin gənc müəllimi qəflətən öldü
Tarix: 8-02-2023, 10:29
Baxılıb: 468
Google+ Paylaş
Tumblr Paylaş

Ali məktəbin gənc müəllimi qəflətən öldü

8-02-2023, 10:29

BANM-ın gənc müəllimi qəflətən vəfat edib.
Publika.az xəbər verir ki, Bakı Ali Neft Məktəbinin gənc müəllimi Türkan Haqverdi dünyasını dəyişib.
Bu barədə sözügedən təhsil ocağının rektoru Elmar Qasımov şəxsi "Facebook" profilində paylaşım edib. Paylaşımı olduğu kimi təqdim edirik:
Qardaş Türkiyədəki faciəni yaşadığımız anlarda, BANM ailəsi səhər saatlarında qəfil və vaxtsız itki ilə üzləşib.
Sevimli, daim gülərüz, istedadlı, gənc müəlliməmiz Türkan xanım Haqverdini itirdik.
Qəfil ölüm tələbələrimizin sevimli müəlliməsini, BANM ailəsinin qayğıkeş üzvünü aramızdan apardı.
Heyf səndən Türkan xanım.
Allah rəhmət eləsin!
Məkanı cənnətlik olsun!


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ