Koronavirusla bağlı dünyada son durum - ABŞ-da yoluxanlar 1 milyonu keçdi
Tarix: 28-04-2020, 00:12
Baxılıb: 410
Google+ Paylaş
Tumblr Paylaş

Koronavirusla bağlı dünyada son durum - ABŞ-da yoluxanlar 1 milyonu keçdi

28-04-2020, 00:12

Dünyada koronavirusa yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Lakin artıq bir sıra Avropa ölkələrində və o cümlədən Azərbaycanda yoluxma sayı əvvəlki günlərlə müqayisədə aşağı olduğu üçün tətbiq edilən karantin rejimi yumşaldılıb.

Musavat.com xarici mətbuata istinadən bildirir ki, hazırkı saata görə koronavirusa dünyada yoluxanların ümumi sayı 3 milyon 45 min 822 nəfərdir. Ölənlərin ümumi sayı isə 210 min 397-a çatıb. Bu zamana qədər koronavirusdan dünyada 916 min 374 nəfər sağalıb. Eyni zamanda hazırda 1 milyon 919 min 69 nəfər aktiv koronavirus xəstəsi var ki, onlarda da 56 min 427 nəfərinin vəziyyəti ağırdır. Bu, xəstələrin cəmi 3 faizini təşkil edir.

Dünyada koronavirusun əsarətində ən çox ABŞ qalıb. Hazırkı saata görə ABŞ-da indiyədək 1 milyon 441 nəfər koronavirusa yoluxub. Son saatlarda 13 min 281 nəfər yoluxma, 873 nəfər isə ölüm halı qeydə alınıb. Onu da bildirək ki, ABŞ-da yeni yoluxma və ölüm sayı Bakı vaxtı ilə gecə saat 1 radələrində açıqlanır.

Növbəti sırada yer alan İspaniyada bu gün 2 min 793 nəfər yoluxub, 331 nəfər ölüb. İtaliyada bir neçə saat ərzində 1739 nəfər yoluxub, 333 nəfər ölüb, Fransada isə yoluxanların son saatlara görə sayı 3 min 742 ölənlər isə 437 nəfərdir. Siyahıda 5-ci yerdə olan Almaniyada bu gün 443 nəfər yoluxub, 45 nəfər isə ölüb. İngiltərədə isə son saatlarda 4 min 309 nəfər yoluxub, 360 nəfər isə ölüb.

İngiltərədən sonra ard-arda üç sırada Azərbaycanla quru sərhəddə yerləşən ölkələrdir. Belə ki, sıra üzrə İngiltərədən sonra gələn Türkiyədə bu gün 2 min 131 nəfər yoluxub, 95 nəfər ölüb. İranda bu gün 991 nəfər yoluxub, 96 nəfər isə ölüb. Rusiyada isə bu gün yoluxanların sayı 6 min 198 nəfər, ölənlər isə 47 nəfərdir.

Gürcüstanda bu gün cəmi 11 nəfər yoluxub, ölən isə qeydə alınmayıb.

Onu da bildirək ki, indiyədək dünyada koronavirusa yoluxanların 19 faizi dünyasını dəyişib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ