Dünyanın ən qəribə evlilik ADƏTLƏRİ - Toy gecəsi bəy və gəlin...
Tarix: 16-08-2023, 09:36
Baxılıb: 281
Google+ Paylaş
Tumblr Paylaş

Dünyanın ən qəribə evlilik ADƏTLƏRİ - Toy gecəsi bəy və gəlin...

16-08-2023, 09:36

Ənənələr xüsusilə də toy mərasimlərində mədəniyyətdən mədəniyyətə böyük fərqliliklər göstərən ünsürlərdəndir. Bir yerdə normal qəbul edilən ənənə, başqa bir yerdə tamamilə qəribə qarşılana bilər.
Reportyor.tv dünyanın dörd bir yanında əməl olunan evlilik adətlərini araşdırıb.
Cənubi Çin
Cənubi Çində toy üçün hazırlıqlar başlamadan əvvəl cütlüklər təbiət anadan təsdiq almalıdırlar. Amma bunu etmə şəkilləri isə bir qədər qəribədir. Belə ki, həm gəlin, gəm də bəy bir toyuğu öldürüb onun qara ciyərini çıxarırılar. Əgər qara ciyər yaxşı bir vəziyyətdədirsə, bu yaxşı bir əlamət olaraq qəbul edilir və toy mərasiminə davam edilir. əks təqdirdə fərqli bir zamanda təkrar bunu etməlidirlər. Bu bəzilərinə qəddarcasına gələ bilər, ancaq bunun Çin mədəniyyətində dərin bir keçmişi vardır.
Mavritaniya
Mavritaniya xalqı bir gəlini gözəl edən faktorlar mövzusunda bənzərsiz bir düşüncəsi var. Dünyanın bir çox yerində incə və estetik bir bədənin qadını gözəl edən əsas şey olduğuna inanılır. Mavritaniyanın bəzi bölgələrində isə bunun tam tərsi keçərlidir. Oradakı insanlar daha kilolu qadınların ruzini və bərəkəti təmsil etdiyinə bu səbəblə isə gəlin olaraq daha cazibədar olduqlarına inanırlar. Mavaritaniyalı bir gəlin kürəkən və ya anası tərəfindən çox zəif olduğu görünərsə, toydan əvvəl kilo alması üçün ona vaxt verilir.
Cənubi Koreya
Bu ölkədə bəy və gəlin nikaha girmədən əvvəl bir adəti yerinə yetirməlidirlər. Cənubi Koreyanın bu adətinin baş rolunda sadəcə kişilər olur. Bu adətin məqsədi isə kürəkənin öz kişiliyini sübut etməsidir. Adətən yaşlı bir qohum kürəkənin ayaqqabılarını çıxararaq onun dabanına balıqla vurur. Bunu edərkən isə kürəkəndən gələcəklə bağlı planlarını soruşur. İstifadə olunan balıq isə təsadüfi olaraq seçilmir. Əgər kürəkən bu ağrıya dayana bilərsə, evlilik həyatının çətinlikləri ilə başa çıxa biləcəyini sübut etmiş olur.
İsveçrə
Bu adət İsveçrədən əlavə bəzi Himalay adaları ölkələrində də yayılmış bir adətdir. İsveçrədə toylar üstündə donuz şəkli olan dortun təqdim olunması ilə başlayır. Tort adətən badam yağı ilə hazırlanır və donuza bənzəyən şəkildə bəzədilir. Bu adətin evlilərə yaxşı bir şans gətirəcəyinə inanılır. 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ