Rusiyanın Kaluqa vilayətinə PUA-larla hücum olub
Tarix: 3-08-2023, 10:12
Baxılıb: 149
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyanın Kaluqa vilayətinə PUA-larla hücum olub

3-08-2023, 10:12

Rusiyanın Kaluqa vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.
Reportyor.tv TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatorluğundan bildirilib.
Məlumata görə, 6 PUA zərərsizləşdirilib. Hadisə nəticəsində tələfat və dağıntının qeydə alınmadığı bildirilib.
Rusiya Müdafiə Nazirliyi hücumun Ukrayna tərəfindən həyata keçirildiyini təsdiqləyib.
Xatırladaq ki, son vaxtlar Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə PUA-larla zərbələr endirir.
Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak isə daha əvvəl savaşın sürətlə Rusiya ərazisinə keçəcəyini söyləyib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ