Latın Amerikası kokaini, Türkiyə nömrəli maşın, Belarus sərhədi - FSB əməliyyt keçirdi - Video
Tarix: 11-05-2023, 14:13
Baxılıb: 255
Google+ Paylaş
Tumblr Paylaş

Latın Amerikası kokaini, Türkiyə nömrəli maşın, Belarus sərhədi - FSB əməliyyt keçirdi - Video

11-05-2023, 14:13

İki yük maşınında olan 492 kiloqram Latın Amerikası kokaini Belarusla sərhəddə, Smolensk vilayətində saxlanılıb,
reportyor.org xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
"FSB Latın Amerikası kokaininin idxalına yeni cəhdin qarşısını alıb. Polşaya göndərilən daha bir kokain partiyası Smolensk vilayətində Rusiya-Belarus sərhədində ələ keçirilib", - məlumatda deyilir.
Qeyd olunur ki, Türkiyə nömrəli yük maşınına baxış zamanı 116 bağlama narkotik maddə olan anbar aşkar edilib.
FSB, kokain partiyası olan başqa bir avtomobilin oxşar marşrutla getdiyini öyrənə bilib. Maşın saxlanılıb və anbarda daha 373 paket narkotik tapılıb.
İki yük maşınında ələ keçirilən kokainin ümumi çəkisi 492 kiloqram olub.
Aydan


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ