İsrailin yeni planı: Bu müsəlman ölkələri də "İbrahim razılaşması"na qoşulur
Tarix: 2-02-2023, 18:12
Baxılıb: 305
Google+ Paylaş
Tumblr Paylaş

İsrailin yeni planı: Bu müsəlman ölkələri də "İbrahim razılaşması"na qoşulur

2-02-2023, 18:12

İsrail müsəlman ölkələri ilə münasibətlər qurmaq üçün fəaliyyətini genişləndirir.
Reportyor.tv “EurAsia Daily”ə istinadən xəbər verir ki, Sudanın İsraillə “İbrahim razılaşması”na qoşulan növbəti müsəlman ölkəsi olması ehtimalı var.
Bildirilir ki, son günlər Təl-Əviv və Xartum arasında intensiv danışıqlar gedir. Rəsmi ABŞ-ın tərəflər arasında vasitəçi kimi çıxış etdiyi qeyd olunur.
Sudan 2020-ci ilin oktyabrında “İbrahim sazişləri”nə qoşulmaqda maraqlı olduğunu elan edib və üç ay sonra ABŞ Maliyyə Naziri Stiven Mnuçinin iştirakı ilə sazişin deklorativ hissəsini imzalayıb. Lakin o zaman Xartum Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndən fərqli olaraq, İsraillə müvafiq sənədə tam şəkildə qol çəkməyib.
2021-ci ilin oktyabrında Sudanda baş verən hərbi çevrilişdən sonra İsrail rəsmiləri ölkələr arasında diplomatik münasibətlərin qurulması şanslarının azaldığına işarə ediblər.
Lakin İsrailin hərbi-siyasi rəhbərliyi ilə Sudan ordusunun yüksək rütbəli üzvləri arasında ABŞ-ın xahişi ilə münasibətlər normallaşdıqdan sonra İsrail nümayəndə heyətlərinin Sudana səfəri barədə bir neçə xəbər yayılıb.
Bundan əlavə, İsrail indi Mavritaniya və İndoneziya da daxil olmaqla digər müsəlman ölkələri ilə də razılaşmalar əldə etməyə ümidlidir.
Publika.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ