Putinin öldüyünü deyən Zelenskiyə Kremldən CAVAB
Tarix: 19-01-2023, 14:46
Baxılıb: 505
Google+ Paylaş
Tumblr Paylaş

Putinin öldüyünü deyən Zelenskiyə Kremldən CAVAB

19-01-2023, 14:46

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin sağ olduğuna şübhə edən Ukrayna lideri Volodimir Zelenskinin sözlərinə münasibət bildirib.
Reportyor.tv xəbər verir ki, Kremlin sözçüsü deyib ki, Rusiya və Putinin mövcudluğu Kiyev üçün “böyük problemdir” və Zelenski “onlara sahib olmamağı üstün tutur”.
“Ancaq o, Rusiya və Putinin varlığını və bundan sonra da var olacağını nə qədər tez başa düşsə, Ukrayna kimi bir ölkə üçün bir o qədər yaxşıdır”, - Peskov deyib.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti Rusiya tərəfinin tələblərini nəzərə almağa nə qədər tez hazır olsa, hər şey bir o qədər tez bitəcək: “Rusiya və Putin bugünkü Ukrayna üçün, eləcə də, şəxsən Ukrayna prezidenti Volodimir Zelenski üçün böyük problemdir”.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə hansı səbəblərdən danışıqlardan imtina etdiyini açıqlayıb. Onun sözlərinə görə, Rusiya prezidentinin həyatda olduğuna əmin deyil: “Bu gün mən kiminlə və nə barədə danışmalı olduğumu bilmirəm. Bəzən xromakeydə peyda olan Rusiya prezidentinin məhz həmin adam olduğuna əmin deyiləm. Onun sağ olduğunu, qərarları onun və yaxud başqa kimin verdiyini tam anlaya bilmirəm. Bu insanlar kimlərdir? Heç bir məlumatım yoxdur”.
Publika


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ