Baydendən Polşanın vurulmasına REAKSİYA: Şübhəlidir...
Tarix: 16-11-2022, 12:54
Baxılıb: 341
Google+ Paylaş
Tumblr Paylaş

Baydendən Polşanın vurulmasına REAKSİYA: Şübhəlidir...

16-11-2022, 12:54

ABŞ prezidenti Co Bayden Polşa ərazisinə Rusiya tərəfindən raket atılmasına rekasiya verib.
reportyor.org-un xəbərinə görə, Birləşmiş Ştatların prezidenti İndoneziyada gerçəkləşən "G-20" zirvəzi zamanı Polşa ərazisinə düşən raketlərin Rusiya tərəfindən atılmasına şübhə ilə yanaşır:
"İlkin versiyalar Polşanın Ukrayna ilə sərhəd kəndinə düşən raketlərin Rusiya tərəfindən atılmasını təkzib edir. Bunu raketlərin düşmə traektoriyası da göstərir. Hər halda, indi istintaq gedir. İstənilən halda biz Polşaya öz dəstəyimizi verəcəyik. Bu məsələ ilə bağlı qərar istintaq başa çatandan sonra açıqlanacaq. Yekun qərarı bir yerdə qəbul edəcəyik. İndiki fərziyyələr göstərir ki, raketlərin Rusiya tərəfindən atılması ehtimalı olduqca zəifdir".
Polşa prezidenti Anjey Duda isə bildirib ki, ölkəsinə atılan raketlər Rusiya istehsalı olsa da, onun adıçəkilən ölkə tərəfindən atılması ilə bağlı konkret fikir söyləməkdə çətinlik çəkir.
Qeyd edək ki, hadisə nəticəsində 2 polşalı dünyasını dəyişib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ