Polşa Kadırovun “sağ əli”nə sanksiya tətbiq etdi
Tarix: 10-11-2022, 19:53
Baxılıb: 231
Google+ Paylaş
Tumblr Paylaş

Polşa Kadırovun “sağ əli”nə sanksiya tətbiq etdi

10-11-2022, 19:53

“Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri, "Luqansk Xalq Respublikası"nın xalq milislərinin 2-ci ordu korpusunun komandir müavini Aptı Alaudinovun adı Polşanın sanksiya siyahısına salınıb.
reportyor.org xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Alaudinov ölkədə arzuolunmaz şəxsdir və aşkar edilərsə, onun aktivləri dondurulacaq.
“Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri həmçinin, Britaniyanın sanksiyaları altındadır, lakin Aİ-nin sanksiya siyahısına daxil edilməyib.
Sentyabrın 15-də ABŞ-ın Çeçenistan rəhbəri Ramzan Kadırov və onun ailə üzvlərinə qarşı sanksiyalar tətbiq etdiyi məlum olub.
Kadırov özü bildirib ki, Qərb ölkələrinin ona qarşı tətbiq etdiyi sanksiyaların sayına əsasən, o, Ginnesin Rekordlar Kitabına düşdüyünü iddia edə bilər.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ