Rusiya Kiyevi Xəzərdən vurdu - FOTO
Tarix: 5-06-2022, 13:12
Baxılıb: 485
Google+ Paylaş
Tumblr Paylaş

Rusiya Kiyevi Xəzərdən vurdu - FOTO

5-06-2022, 13:12

İyunun 5-i səhər saatlarında Rusiya qüvvələri Xəzər dənizindən Kiyevə bir neçə raket zərbəsi endirib.
reportyor.org “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.
İlkin məlumatlara görə, ruslar Xəzər dənizindən Tu-95 təyyarələrindən raket atıblar.
“Bu gün, iyunun 5-də səhər saatlarında düşmən Kiyev istiqamətində bir neçə raket atıb. Saat 06:00 radələrində “Mərkəz” hava komandanlığının zenit-raket qoşunlarının bölməsinin hərbçiləri aşkar edilərək atəşə tutulub, bir qanadlı raket məhv edilib”, - məlumatda deyilir.
Qeyd edək ki, bu gün səhər saatlarında Ukrayna hava hücumundan müdafiə qüvvələri Kiyev vilayətinin Obuxov rayonu üzərində Rusiyaya məxsus raketi vurub. Həmçinin ruslar Kiyevdə Darnitsa və Dnepr bölgələrinə raket zərbələri endirib. Paytaxt meri Vitali Kliçkonun sözlərinə görə, bir nəfər xəstəxanaya yerləşdirilib.
Eyni zamanda, səhər saat 6 radələrində (Kiyev vaxtı ilə - red) rus qoşunları Kiyev vilayətinin Brovarı icması yaxınlığındakı əraziləri atəşə tutub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ