Ermənistanda müxalifətçilər saxlanıldı, onlara cinayət işi açıldı
Tarix: 4-06-2022, 10:15
Baxılıb: 308
Google+ Paylaş
Tumblr Paylaş

Ermənistanda müxalifətçilər saxlanıldı, onlara cinayət işi açıldı

4-06-2022, 10:15

Ötən gün Ermənistanın paytaxtı İrəvanda baş vermiş toqquşmalarla bağlı 11 etirazçı saxlanılıb, onlara qarşı cinayət işi açılıb.
reportyor.org xəbər verir ki, bu barədə Ermənistan polisinin yaydığı açıqlamada bildirilir.
“İyunun 3-də İrəvanın Dəmirçyan-Paronyan küçələrinin kəsişməsində keçirilən itaətsizlik mitinqinin təşkilatçılarının çağırışları nəticəsində etirazçılar qanunsuz davranış nümayiş etdiriblər. Xüsusilə, onlar asayiş keşikçilərinin qanuni əməllərinə tabe olmayıblar, həmçinin polis əməkdaşlarına şüşə, daş və metal əşyalar atıblar. Hadisə nəticəsində 34 polis əməkdaşı və 16 mülki şəxs müxtəlif dərəcəli xəsarətlərlə müxtəlif tibb müəssisələrinə çatdırılıb.
Hadisə ilə bağlı 11 nəfər saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır”, polisin xəbərində deyilir.
Qeyd edək ki, polislə aksiyaşılar arasında baş verən toqquşmalar zamanı 50 nəfər xəsarət alıb. Onlar arasında polis əməkdaşları da var.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ