İsraildən YENİLİK: raketdən müdafiə sistemi uğurla SINAQDAN ÇIXDI
Tarix: 15-04-2022, 01:43
Baxılıb: 326
Google+ Paylaş
Tumblr Paylaş

İsraildən YENİLİK: raketdən müdafiə sistemi uğurla SINAQDAN ÇIXDI

15-04-2022, 01:43

İsrail Müdafiə Nazirliyi və "Rafael" şirkəti raketləri və PUA-ları ələ keçirmək üçün hazırlanan lazerli raketdən müdafiə sisteminin bir sıra sınaqlarını uğurla başa çatdırıb.
Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
"Müxtəlif ssenarilərin hazırlanması zamanı PUA-lar, minaatan mərmiləri, raketlər və tank əleyhinə raketlər uğurla ələ keçirilib", - məlumatda deyilir.
Müdafiə naziri Benni Qantz lazerli raketdən müdafiə sisteminin ilk uğurlu sınaqlarını "qlobal sıçrayış" adlandırıb.
"İndi məqsədimiz sistemi mümkün qədər tez işlək vəziyyətə gətirməkdir ki, bu da bizi effektiv, ucuz və innovativ mühafizə vasitələri ilə təmin edəcək", -  Qantz vurğulayıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ