Türkiyədə peyvəndləmə başlayır - Ərdoğan TARİXİ AÇIQLADI
Tarix: 12-01-2021, 00:35
Baxılıb: 300
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyədə peyvəndləmə başlayır - Ərdoğan TARİXİ AÇIQLADI

12-01-2021, 00:35

"Gördüyümüz tədbirlər nəticəsində koronavirus epidemiyasının artım sürətini nəzərəçarpacaq dərəcədə azaltmağa müvəffəq olduq. Xəstəliyin və ciddi xəstələrin sayının azalmasına paralel olaraq, səhiyyə sisteminin yükü azaldı".
Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısında çıxışı zamanı deyib.
"Yoluxma sayı müəyyən bir rəqəmin altına düşdüyü zaman məhdudiyyətləri əvvəllər etdiyimiz kimi tədricən azaldacağıq. Ölkəmizə gələn peyvəndlərin istifadəyə verilməsi üçün tələb olunan sınaq prosesləri başa çatan kimi təyin olunmuş qaydalara uyğun olaraq cümə axşamı və ya cümə günü peyvəndləmə başlayacaq", - ölkə lideri bildirib.
reportyor.org


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ