Ölkənin paytaxtında QIRĞIN: hökumət rəsmiləri daxil 600-dən çox insan öldü
Tarix: 14-05-2020, 10:46
Baxılıb: 1 253
Google+ Paylaş
Tumblr Paylaş

Ölkənin paytaxtında QIRĞIN: hökumət rəsmiləri daxil 600-dən çox insan öldü

14-05-2020, 10:46

Yəmənin müvəqqəti paytaxtı Adendə may ayı ərzində 6-sı hökumət rəsmisi olmaqla, 600-dən çox insan dünyasını dəyişib.
Publika.az xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən hökumət nümayəndəsi danışıb.
Onun verdiyi bilgilərə görə, 1-13 may tarixləri arasında 623 nəfər Çikunquya qızdırması və ağciyər vəbasından qaynaqlandığı ehtimal olunan epidemik xəstəliklər səbəbilə dünyasını dəyişib.
Qeyd edək ki, Yəmən hökuməti 11 mayda ölkənin cənubundakı müvəqqəti paytaxt Adeni yeni tip koronavirus və digər epidemik xəstəliklərə görə “pandemiya bölgəsi” elan edib.
Sözügedən xəstəliyə 21 apreldə Adendə meydana gələn sel fəlakəti nəticəsində yaranan bakteriya və ağcaqanadların yol açdığı bildirilir. Ağcaqanadlardan insanlara keçən Çikunquya qızdırması yüksək temperatur, sümüklərdə şiddətli ağrı, baş ağrısı, halsızlıq və dərinin pullaşması kimi simptomlarla özünü göstərir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ