70 yaşlı məşhur dizayner zahiri görünüşü ilə görənləri mat qoydu - VİDEO
Tarix: 12-05-2020, 17:19
Baxılıb: 811
Google+ Paylaş
Tumblr Paylaş

70 yaşlı məşhur dizayner zahiri görünüşü ilə görənləri mat qoydu - VİDEO

12-05-2020, 17:19

Toy paltarları kolleksiyası ilə məşhurlaşmış dizayner Vera Vonqun karantin günlərində “Instagram” hesabından paylaşdığı şəkillər sosial şəbəkələrdə böyük maraq doğurub.
Məlumata görə, iyunun 27-də 71 yaşını qeyd edəcək dizayner əvvəllər fiqurlu konkisürmə ilə məşğul olub.
“Dəbli ailəsi” ilə özünü təcrid edən Vera Vonq hər gün məşq etdiyini deyib.
Dizaynerin pərəstişkarları heyranlıqlarını gizlədə bilməyiblər. Onun paylaşdığı şəkillərin altından “Eşitmişik ki, sizin 70 yaşınız var.  Xanım, siz bunu necə etmisiniz? Qocalığa qarşı hansı sehri qəbul etmisiniz?”, “İlahə”, “Bu inanılmazdır”, “Əgər onun kimi qocalmayacağamsa, o qədər yaşamaq istəmirəm”, “Möhtəşəm qadın”, “Siz, ümumiyyətlə, realsınız?” kimi şərhlər yazılıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ