Türkiyənin Tunceli vilayətində polisin keçirdiyi əməliyyatda mütəşəkkil cinayətkar qrupun üzvü olduğu bildirilən 12 şübhəli yaxalanıb.
Reportyor.tv xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında bildirib.
Qeyd olunub ki, Tuncelidə eyni vaxtda keçirilən “Mahzen-20” əməliyyatlarında aralarında mütəşəkkil cinayətkar qruplaşma lideri Serdar Alpın da olduğu 12 şübhəli saxlanılıb.
Nazir, ölkəni mütəşəkkil cinayət təşkilatlardan təmizləməkdə qərarlı olduqlarını bildirib.