Qəzzada BMT-nin məktəbi vurulub
Tarix: 17-10-2023, 20:59
Baxılıb: 63
Google+ Paylaş
Tumblr Paylaş

Qəzzada BMT-nin məktəbi vurulub

17-10-2023, 20:59

Qəzzada BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) məktəbi vurulub.
Reportyor.tv xəbər verir ki, bu barədə BMT Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu gün günorta saatlarında Qəzzanın orta bölgəsindəki əl-Mağazi qaçqın düşərgəsində UNRWA məktəbinin vurulması nəticəsində azı 6 nəfər həlak olub.


“Onlarla insan yaralanıb (o cümlədən UNRWA əməkdaşları) və məktəbin binasına ciddi ziyan dəyib.

Rəqəmlərin artacağı ehtimalı var.

“Məktəb İsrail qüvvələrinin Qəzza zolağına hava hücumları və bombardmanı zamanı vurulub", məlumatda deyilir.

Qeyd olunub ki, bu məktəbə ən azı 4000 insan sığınıb.

“Oktyabrın 7-də müharibə başlayandan bəri UNRWA gündəlik olaraq müvafiq tərəflərə obyektlərinin koordinatlarını təqdim edir," - BMT Agentliyi vurğulayıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ