DTX-nın əməkdaşları qanvermə aksiyasında iştirak ediblər
Tarix: 25-04-2020, 00:18
Baxılıb: 591
Google+ Paylaş
Tumblr Paylaş

DTX-nın əməkdaşları qanvermə aksiyasında iştirak ediblər

25-04-2020, 00:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına dəstək məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları ənənəvi olaraq qanvermə aksiyasında iştirak edirlər.
DTX-dan Musavat.com-a verilən məlumata görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının artırılmasına dəstək çağırışına uyğun olaraq, 2020-ci il aprelin 24-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları da bu nəcib və humanist xarakterli qanvermə aksiyasında iştirak ediblər.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ