İCTİMAİ-SİYASİ FƏALLİYYƏTİN POETİK RƏNGLƏRİ
Tarix: 2-02-2023, 23:48
Baxılıb: 342
Google+ Paylaş
Tumblr Paylaş

İCTİMAİ-SİYASİ FƏALLİYYƏTİN POETİK RƏNGLƏRİ

2-02-2023, 23:48

Bayram Məmməd oğlu Yusifovun anadan olmasının 60 illiyi münasibətilə deyilən bir neçə dost sözü

Yaşından asılı olmayaraq, mən onu həmişə yaşıdlarından müdrik görmüşəm. Özünə xas olan səmimiyyətlə insanlarla isti münasibət qurmağa çalışan azərbaycanlı ziyalısıdır Bayram müəllim.
Belə insanlar cəmiyyətdə nəinki hörmət-izzət sahibi olur, həm də bu nüfuzu uzun illər saxlaya bilir, hətta sonrakı nəslə mənəvi əmanət kimi ötürə bilirlər.
O, Bakıda iki ali məktəb bitirib: həm mühəndis-texnoloq, mühəndis-konstruktor fəaliyyətilə yanaşı, həm də sonralar Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini də bitirib. Əlbəttə, bu ixtisası da onun siyasi-ictimai fəaliyyətini ləyaqətlə tənzim etməyinə güclü dayaqdır.
Mən Milli Məclisin deputatı olduğum doxsan-doxsan beşinci illərdə keçirilən tədbirlər zamanı da, Bayram müəllimin gənclik yaşına baxmayaraq, səriştəli tövsiyələri və məsləhətləri həmişə ürəyimizcə olub, bəhrəsini vermişdir.
Mərhum Akademik Budaq Budaqovun iştirak etdiyi Bakı İctimaiyyəti ilə keçirdiyimiz görüşləri, Türkiyə və Macaristan səfərlərimiz zamanı mənim qardaş və dost ölkələrin Milli Məclisindəki çıxışlarımı indi də xatırlayıram.
Dediyim kimi, Bayram müəllimin tövsiyyələri, xeyirxahlığı, səmimiyyəti indi də insanda təbii minnətdarlıq hissi oyadır.
Bayram müəllim həm də mənim istedadlı qələm yoldaşımdı, şairdi. Onun tarixi 44 Günlük Vətən Müharibəsinə, “Dəmir yumruğa”, həsr elədiyi yaddaqalan şeirləri, sevilən nəğmə mətnləri vardır.
Yeri gəlmişkən deyim ki, onun Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin şərəfinə həsr etdiyi “Ali Baş Komandanım” şerinə bəstələnmiş mahnı tanınmış məşhur müğənni Abbas Bağırovun ifa etdiyi məşhur nəğmələrdəndir.
Xalqımızın yenilməz qəhrəmanlıq ruhu, Qalib Ali Baş Komandanın geniş miqyaslı müdrik zəkası və qətiyyətli qərarları, eləcə də türk qardaşı Ərdoğanla yeni mərhələdə davam edən və möhkəmlənən türkçülüyün səngər dostluğu şairin ilham mənbəyi olub, poetik misralara çevrilmişdir.
Aşağıda gətirdiyim bəndlər həmin nəğmədəndir :
…..Qarabğı almağı,
Məqsəd qoydun qarşına.
Dəmir yumruq endirdin,
Düşmənlərin başına.
Prezidentim, İlhamım,
Ali Baş Komandanım!
Alqış sizə, min yaşa,
Ərdoğanla dur qoşa.
Qələbə çal, zəfər çal,
Düşməni döndər daşa.
Prezidentim, İlhamım,
Ali Baş Komandanım!
Azərbaycan, Türkiyə,
Bir millət, iki dövlət.
Haydı, çatıb zamanı,
Yarat böyük Turanı.
Prezidentim, İlhamım,
Ali Baş Komandanım!..
Mənə elə gəlir, Bayram Yusifovun ədəbi yaradiciliği,onun ictimai-siyasi fəaliyyətinə elə bir poetik qüvvə kimi daxil olmuşdur ki, bunlarin biri o birini nəinki, tənzimləyir, hətta bir çox hallarda əsl stimula çevrilir .
Əslən Cənubi Azərbaycandan olan və beynəlxalq miqyasda taninan müğənni Yaqub Zürufçu ilə Bayram müəllimin yaradiciliq əlaqələri öz bəhrəsini vermişdi .
Onun “Qurbanam ana” adlı şerinə yazdığı mahnının bəstəkarı da, ifaçısı da mərhum böyük sənətkarımız Yaqub Zürufçunun özüydü. Çox təəssüf ki, əvəzsiz bəstəkar və müğənni dunyasını tez dəyişdi. Mən onu yaxından tanıyırdım . Bir neçə dəfə şəxsi görüşümüz də olmuşdu. Qalsaydi, yəqin ki, Bayram Yusifovun başqa şeirlərinə də yeni nəğmələr qoşardi .
Zürufçunun yanıqlı səsi indi də qulağıma gəlir :
…Gözümə sataşır o ağ saçların,
Vətən dərdi yaman qocaltdı səni.
Gecələr gizlicə axır yaşların,
Sənin göz yaşına qurbanam, ana!
Atasız-anasız övlad olmasın,
Oğulsuz, uşaqsız ana olmasın.
Ay Allah, anasız ana olmasın,
Sənin anana da qurbanam, ana!…
Bu gün Bayram Yusifov Azərbaycan Respublikası Ağsaqqallar Şurasının Sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərlik etdiyi nüfuzlu bir təşkilatda fəaliyyət göstərir, Sədrin müavinidir.
Əziz Bayram müəllim! Həm şərəfli, həm də məsuliyyətli vəzifədə sizə uğurlar diləyirəm!

İCTİMAİ-SİYASİ FƏALLİYYƏTİN POETİK RƏNGLƏRİHörmətlə,
Nəriman HƏSƏNZADƏ,
Xalq şairi, Azərbaycan
Yazıçılar Birliyi
Ağsaqqallar Şurasının sədri.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ