Qorbaçov alibi yaratmaq üçün Litvaya səfər etdi: 20 Yanvara aparan yolun təfərrüatı
Tarix: 20-01-2023, 11:58
Baxılıb: 278
Google+ Paylaş
Tumblr Paylaş

Qorbaçov alibi yaratmaq üçün Litvaya səfər etdi: 20 Yanvara aparan yolun təfərrüatı

20-01-2023, 11:58

“XX əsrin sonlarında ermənilər növbəti dəfə Daşnaksutyun partiyasının proqramına uyğun olaraq qondarma “Böyük Ermənistan” iddiasından irəli gələrək Qarabağda ərazi iddiasına qalxmışdı. Bu, Qarabağda yaşayan ermənilərin yalnız separatist hərəkatı kimi xarakterizə bilməz. Bu, birbaşa ermənilərin Cənubi Qafqazda Azərbaycan torpaqlarında yaradılmış dövlətlərinə yeni ərazilərin əlavə edilməsi ilə torpaq iddiasından irəli gələn qanlı münaqişə idi”
Bu sözləri Publika.az-a açıqlmasında tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova 20 Yanvar faciəsi haqqında danışarkən deyib.

F.Əhmədova qeyd edib ki, 1985 -1991-ci illərdə Sovet mərkəzi hakimiyyəti faktiki olaraq Qarabağın dağlıq hissəsi ilə bağlı erməni siyasi maraqlarını təmin etmək siyasət yürüdüb.
“Azərbaycana münasibətdə təzyiq mexanizmi işləyirdi. Həmin dövrdə Azərbaycan ərazisində 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayəti mövcud idi və artıq Dağlıq Qarabağ münaqişəsi bir beynəlxalq termin kimi status qazanmağa başlamışdı. Bu da dünya erməniliyinin səyi və sovet rəhbərliyinin dəstəyi ilə həyata keçirilirdi.
Ermənilərin bu iddiaları "humanist sosializm" pərdəsi altında dəstəklənirdi. Qərbi azərbaycanlılar son nəfərinə qədər qovuldu, etnik təmizləmə siyasəti hədəfinə çatdı. Dünya erməniliyi də SSRİ rəhbərliyi ilə əməkdaşlığını, sonrakı mərhələləri həyata keçirmək üçün davam etdirirdi”.
Tarixçi alimin sözlərinə görə, 20 Yanvara aparan yolun başlanğıcında erməni təcavüzü, mərkəz tərəfindən həyata keçirilən ədalətsiz seçim dayanır:
“Çünki 1989-cu ildə Volskinin rəhbərliyi ilə xüsusi idarəetmə modelinin tətbiq edilməsi, əslində Konstitusiyaya zidd idi və müvafiq bir qanuna əsaslanmırdı. Hələ ötən əsrin 20-ci illərində hazırlanan Dağlıq Qarabağın yuxarı hissəsini ilhaq etmək sxemi yenidən ortaya atılmışdı. Amma bütün bunların qarşısını, təbii ki, Azərbaycan xalqının iradəsi, müqaviməti, milli demokratik, milli azadlıq hərəkatı alırdı. Topxana meşəsinin qırılmasına etiraz edərək indiki Azadlıq meydanına o zaman bir milyondan çox insan toplaşırdı və öz etirazını dinc şəkildə bildirirdi”.
"SSRİ-nin siyasəti əvvəldən sona qədər zor yolu ilə hakimiyyəti saxlamaq niyyəti idi" deyən F.Əhmədova vurğulayıb ki, bu siyasət Azərbaycan xalqının iradəsini qıra bilmədi.
O, əlavə edib ki, Azərbaycan qanunlar çərçivəsində öz hüquqlarını tələb edirdi:
"Hətta 1989-cu ildə Azərbaycan, SSRİ tərkibində suveren siyasi, iqtisadi hüquqlarının bərqərar olunmasını istəyirdi. Yəni bu, qanunvericilik səviyyəsində qərarlaşdırılmışdı.
Amma bütün bunlara baxmayaraq, artıq xalqın səbr kasası daşırdı. Çünki Ermənistanın təcavüzkar siyasətinə mərkəz tərəfindən dəstək verilirdi. Belə olan təqdirdə, artıq yenidən meydanlarda, küçələrdə etiraz aksiyaları davam edirdi”.
Tarixçi bildirib ki, Qorbaçovun şəxsi iradəsi ilə Bakıya qoşun yeridilməsi hqda qərarı verildi və bu qərar gizlin saxlanıldı:
"Bildiyimiz kimi, Qorbaçov özünə alibi yaratmaq üçün həmin dövrdə Litvaya səfər etdi. O zaman SSRİ Müdafiə Nazirliyinin 30, Daxili İşlər Nazirliyinin 12 minlik kontingenti Bakıda idi. Stavropoldan, Krasnodardan erməni mənşəli cinayətkar ünsürləri Bakıya yeridib xalqa amansızcasına divan tutdular".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ