Yəmənli jurnalist: Azərbaycan bizim üçün müasirlik, tərəqqi, sabitlik və humanizm örnəyidir
Tarix: 9-01-2022, 22:05
Baxılıb: 352
Google+ Paylaş
Tumblr Paylaş

Yəmənli jurnalist: Azərbaycan bizim üçün müasirlik, tərəqqi, sabitlik və humanizm örnəyidir

9-01-2022, 22:05

Yəmənin “Əl Tənmiyə Press” agentliyinin saytında jurnalist Əbdülhəmid Əl-Kubinin Azərbaycanın silahlı münaqişə və ağır sosial vəziyyətdə olan bu ölkəyə yardımları barədə məqaləsi yayımlanıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Yəmənin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətinin 2019-cu il oktyabrın 24-də Bakıda keçirilən Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirak etməsindən, iki ölkənin beynəlxalq və İslam təşkilatları çərçivəsində əməkdaşlığından bəhs olunur.
Müəllif diqqətə çatdırır ki, humanitar layihələr həyata keçirən Azərbaycan hökuməti yəmənli tələbələrin Bakıda təhsil almalarına şərait yaradıb, onlara təqaüd ayırıb. Bundan başqa, 2017-ci ildə Prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi humanitar fəlakət yaşayan Yəmənə maliyyə yardımı göstərib.
Məqalədə Yəmən xalqının Azərbaycanın 44 günlük müharibədə Qələbəsinə sevindiyi qeyd olunub. Müəllif vurğulayıb ki, Ermənistanın işğalına son qoyulması bütün müsəlman xalqlarının, o cümlədən yəmənlilərin haqqın və ədalətin öz yerini tapacağına inamını artırıb. O əlavə edib ki, Yəmən KİV-ləri Azərbaycan haqqında həqiqətləri geniş yayır, eyni zamanda, iki ölkənin media nümayəndələri arasında əməkdaşlığa can atır. “Prezident İlham Əliyevin Lideri olduğu Azərbaycan bizim üçün müasirlik, tərəqqi, sabitlik və humanizm örnəyidir. Biz ərəbdilli oxuculara dost ölkənin iqtisadi inkişafı, füsunkar təbiəti, turizm potensialı və zəngin mədəni irsi barədə mütəmadi məlumat veririk. Yəmənlə Azərbaycan arasında daha sıx əməkdaşlığın qurulması hamımızın arzusudur”, - deyə Əl-Kubi məqalənin sonunda qeyd edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ