Koronavirusa görə Çini məhkəməyə verəkmi - milyardlarla zərər görən ölkələr hərəkətə keçir
Tarix: 21-04-2020, 23:35
Baxılıb: 748
Google+ Paylaş
Tumblr Paylaş

Koronavirusa görə Çini məhkəməyə verəkmi - milyardlarla zərər görən ölkələr hərəkətə keçir

21-04-2020, 23:35

Koronavirus pandemiyasına görə ciddi itkilərlə üzləşən Almaniya Çindən kompensasiya tələb edir. Bu məbləğ Almaniya iqtisadiyyatına koronavirusdan dəyən ziyanın həcmidir.

Rəsmi Berlinin Pekindən tələb etdiyi təzminatın məbləği 130 milyard avrodur. Bura turist, hava yolları, film sənayesinin itkiləri də daxildir. Bu hələ başlanğıcdır, Çindən kompensasiy tələb edən dövlətlər və şirkətlər arta bilər.
Tədqiqatçıların hesablamalarına görə, dünya ölkələrinə virusu məhz səyahət edən 7 milyon çinli yayıb. Virusun dünyaya yayılmasında Çinin məsuliyyətsizliyi haqqında informasiyalar getdikcə artır.

Bu haqda dünya mediası müxtəlif yazılar yayınlayırlar. Hələ ki, dünya dövlətlərinin rəsmiləri bu mövzunu xüsusi qabartmırlar. Yalnız ABŞ prezidenti Donald Tramp əsəbi şəkildə xəstəliyi “Çin virusu”adlandırır.
Merkel Çin lideri ilə koronavirusu müzakirə etdi - modern.az

Tramp artıq indidən ona işarə edir ki, virusla mübarizə bitdikdən sonra Çinə qarşı ciddi ittihamlar irəli sürüləcək. Bəziləri hətta Çinə qarşı maddi təzminat məsələsini gündəmə gətirirlər.

Həqiqətən dövlətlər həm vətəndaşlarını itirirlər, həm də iqtisadiyyatları dağılır. Müxtəlif iqtisadi mexanizmləri bərpa etmək üçün dövlətlərə trilyonlarla dollar vəsait lazım gələcək.

Azərbaycan nə qərar verə bilər? Bizim itkilər hesablana bilərmı? Təzminat tələbinin perspektivi varmı?

Natiq Cəfərli seçkidə atasının etdiklərinə görə ondan küsüb - VİDEO
İqtisadçı-ekspert Natiq Cəfərlinin Musavat.com-a bildirdiyinə görə, bunun üçün ilk növbədə presedent olmalıdır ki, ölkələr də müraciət etsinlər. Onun fikrincə, Azərbaycanda pandemiyanın vurduğu ziyanı hesablamaq mümkündür:

“Hələ dövlətin ayırdığı 2,5 milyard manat koronavirusla əlaqədardır. Ən azı bu var. Ona görə böyük hesablamaya ehtiyac yoxdur. Əgər birbaşa və dolayı ziyanları da saysaq və neft qiymətlərini bura əlavə etsək, onda Azərbaycana dəyən ziyan bir neçə milyard olar”.
Ekspert hesab edir ki, təzminat tələbi ilə məhkəməyə müraciət etmək üçün presedent yaranmalıdır: “Yaxın perspektivdə asan görünmür.

Məhkəmə çəkişmələri uzun sürə bilər və hansısa dövlət kompensansiya alsa, digər dövlətlər də məhkəməyə müraciət edə bilər. Bunun üçün Çinin günahkar olduğunu sübuta yetirmək lazımdır”.

N.Cəfərlinin sözlərinə görə, koronavirus Azərbaycanda bütün sahələrə ziyan vurub: “Amma ən çox zərər turizm, ictimai iaşə və qeyri-ərzaq ticarətinə dəyib.

Eyni zamanda, şəhərlərarası nəqliyyat, ölkədaxili nəqliyyat, hava və dəmiryolları zərərlə qarşılaşıb. Digər sahələrdə işlər rəsmi şəkildə bağlanmayıb, amma karantin dövrüntə ciddi müştəri qıtlığı ilə üzləşiblər”.

Emil Salamoğlu


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ