İranın Azərbaycanda casus şəbəkəsi nə zaman yaranıb? – İLGİNC AÇIQLAMA
Tarix: 31-01-2023, 18:20
Baxılıb: 532
Google+ Paylaş
Tumblr Paylaş

İranın Azərbaycanda casus şəbəkəsi nə zaman yaranıb? – İLGİNC AÇIQLAMA

31-01-2023, 18:20

“Keçirilən əməliyyatın Tehranda törədilən terrorla bağlı olduğunu söyləyə bilmərəm, çünki İranın casus şəbəkəsi 2000-ci illərin əvvəllərində formalaşdırılmağa başlayıb. Casuslar İran xüsusi kəşfiyyat orqanları tərəfindən ələ alınıb, onlara xüsusi dərslər keçilib. Onlar məlumatlandırılaraq Azərbaycana qarşı təbliğat vasitəçilərinə çevriliblər”.
Bu fikirləri Musavat.com-a professor Qabil Hüseynli bildirib.
77943f219d0e18916b9decf98eb831e4.jpg (143 KB)
O qeyd edib ki, şəbəkənin bir neçə üzvü saxlansa da, hələ də fəaliyyət göstərən, dezinformasiyalar yayan, İranın Azərbaycanda nüfuzunun yayılmasına, təbliğatının aparılmasına xidmət edən xüsusi agentura şəbəkəsi var: “Bu şəbəkə müəyyən qədər çökdürülsə də, tam zərərsizləşdirilməsi üçün zaman lazımdır. Casus şəbəkəsinin Azərbaycandan İrana qaçan, yenidən təşkilatlanan hissələri də var, amma hələ də Azərbaycanda qalıb anti-Azərbaycan təbliğatını aparan qruplaşmalar mövcuddur. Onlar ifadə, söz azadlığından istifadə edərək Azərbaycan əleyhinə, İranın isə lehinə kampaniyalar aparmaqda davam edirlər. Bu təbliğat çox çirkin metodlarla aparılır. İrana xidmət edənlər ifşa edilməli, onlara qarşı amansız davranış sərgilənməlidir. Onlar vətənə xəyanət maddəsi ilə ittiham edilməlidir”.
Professor bildirib ki, təbliğatla məşğul olanları Qum şəhərinə dəvət edirlər, onlarla xüsusi dərslər keçilir: “Təbliğatla məşğul olanların hazırlığı üçün xüsusi metod və vasitələrdən istifadə edilir. Onlar azərbaycanlı ilə ailə quraraq Azərbaycana yerləşirlər. YouTube vasitəsilə təbliğat kampaniyasında iştirak etməyə başlayırlar. İran həmin şəxslərin fəaliyyəti üçün onları ciddi kamuflyaj edir, Azərbaycanda yaşamaları üçün hüquqi zəmin yaradır. Onların içində 5 ildən artıq yaşadığına görə Azərbaycan vətəndaşlığı alanlar var. Buna görə onların ifşası sürətləndirilməli və dərinləşdirilməlidir”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ