"Paşinyan ordunu bərpa etməsə, Ermənistan tamamilə məhv olacaq" - Erməni general
Tarix: 26-01-2023, 12:48
Baxılıb: 385
Google+ Paylaş
Tumblr Paylaş

"Paşinyan ordunu bərpa etməsə, Ermənistan tamamilə məhv olacaq" - Erməni general

26-01-2023, 12:48

“Paşinyan Ermənistan ordusunun döyüş hazırlığını və döyüş qabiliyyətini məhv edib”.
Konkret.az xəbər verir ki, bunu erməni mediasına müsahibəsində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi, general-leytenant Norat Ter-Qriqoryants deyib. O bildirib ki, Azərbaycan döyüşə hazırlaşır və Ermənistan zəiflədikcə, düşmənin onu yox etmək üçün bir o qədər imkanları artır.
Ter-Qriqoryants Azərbaycanın yeni hücumu nə vaxt həyata keçirə biləcəyini dəqiq söyləməkdə çətinlik çəkib.
“Paşinyan Ermənistan Silahlı Qüvvələrinin döyüş hazırlığını və döyüş qabiliyyətini məhv edib. Ordunu bərpa etmək lazımdır. Əks halda müharibə olacaq və Ermənistan tamamilə məhv olacaq”, – erməni general deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti 44 günlük müharibədən əvvəl ordunu məhv edib, sonra isə könüllülər axtarmağa başlayıb.
“Hərbi siyasətin, hərbi doktrinanın, səfərbərlik, ölkənin dinc mövqedən hərbi mövqeyə keçid planını bərpa etməliyik.
O zaman Ermənistan güclü olacaq və hücuma məruz qalmayacaq. Ermənistan hakimiyyəti bunu tənqid hesab etsə də, qoy belə düşünsün, amma problemləri aradan qaldırsın”, – deyə Ter-Qriqoryants fikrini yekunlaşdırıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ