Heydər Əliyevin tikdirdiyi kitabxana dağılır" - Deputatdan çağırış
Tarix: 25-11-2022, 12:21
Baxılıb: 377
Google+ Paylaş
Tumblr Paylaş

Heydər Əliyevin tikdirdiyi kitabxana dağılır" - Deputatdan çağırış

25-11-2022, 12:21

Gələn il Ümumilli lider Heydər Əliyevin 100 illiyidir. Ümumilli liderin təşəbbüs və təklifi ilə Azərbaycanda minlərlə inci yaradılıb. Belə bir incilərdən biri də deputatı olduğum Nəsimi rayonunda yerləşən uşaq kitabxanasıdır”.
Publika.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Məlahət İbrahimqızı deyib.
O xatırladıb ki, ölkədə, bəlkə də ən yaxşı uşaq kitabxanası Ümumilli liderin 1974-cü ildə inşa etdirdiyi və özünün də açılışında iştirak etdiyi 4 saylı kitabxanadır: “Hazırda kitabxana darmadağın vəziyyətdədir, minlərlə kitab itib-batır. Heç olmasa, bu kitabları götürmək lazımdır ki, itib-batmasın”.
Deputat Mədəniyyət Nazirliyinə yazılı müraciət etdiyini bildirib, eyni zamanda Bakı Mədəniyyət İdarəsinə də çağırış edib: “Xahiş edirəm ki, bu problem diqqətə alınsın”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ