Rasim Balayev: "Elə bildilər ki, biz qızlara sataşmağa gəlmişik" - VİDEO

1-11-2022, 23:37
339
Rasim Balayev:

“Çalışmışam ki, çəkilən sərhədə baxmayım. Çünki aktyor sərbəst olsa, yaxşıdır”. Publika.az xəbər verir ki, bunu Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev "Baku" TV-yə müsahibəsində deyib. Aktyor tragikomik obraz oynamaq istəyindən danışıb. “Yumoru çox sevirəm. Bəzən dostlarım deyir ki, sən gərək yumor aktyoru olaydın. Amma elə olub ki, mənə ciddi rollar veriblər”, - deyə o qeyd edib. Xalq artisti tamaşaçıların onu mənfi obrazlarda qəbul etməməsindən, atasının vəfatından sonra depressiyaya düşməsindən, dostuna görə 100 günlük həbs həyatı yaşamasından da bəhs edib. Reportyor.tv

Oxşar xəbərlər