
Parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi aprelin 11-də Azərbaycan prezidentinin Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankının sədri vəzifəsindən azad edilməsi haqqında təqdimatını təsdiq edib və bu məsələni Milli Məclisin iclasında müzakirə etməyi tövsiyə edib. Bu, o deməkdir ki, Rüstəmov 27 ildir tutduğu AMB-nin idarə heyətinin sədri vəzifəsini tərk edir. Eyni zamanda, parlament komitəsi prezidentinn Taleh Kazımovun AMB-nin idarə heyətinin üzvü təyin edilməsi haqqında təqdimatını dəstəkləyib. Çox güman ki, bu idarənin yeni sədri də Kazımov olacaq. Hazırda Kazımov "PAŞA Bank" ASC-nin idarə heyətinin sədri və baş direktoru vəzifəsində işləyir. Qanunvericiliyə əsasən, AMB sədrini ölkə prezidenti idarə heyəti üzvləri arasından təyin edir.//Turan İA

Ramin Bayramlı milyonluq şirkətini satdı
Rusiya-Ukrayna MÜHARİBƏSİ: Atəş açılmadan “ÖLƏN“ RUBL
Ərzaq qiymətləri rekord həddə artıb
`Azercell` adına soyğun: DAVAM EDİR... - NARAZILIQ VAR!