Ukrayna üçün “NEYTRAL STATUS”: Zelenski və Putin danışıqlara HAZIRDIR

25-02-2022, 19:48
583
Ukrayna üçün “NEYTRAL STATUS”: Zelenski və Putin danışıqlara HAZIRDIR

Ukrayna Rusiya ilə “neytral status” məsələsini müzakirə etməyə hazır olduğunu bəyan edib: əvəzində təhlükəsizlik zəmanəti istəyirlər.

Zelenski də bugünkü çağırışında “neytral status” məsələsini müzakirə etməkdən qorxmadıqlarını açıqladı. Bununla:

- Ukraynanı tək qoyan (Zelenski belə deyir) Qərbə “Putini dayandırmazasınız, danışıqlara gedirəm” mesajını verdi; - Mümkündür ki, Ukrayna Prezidenti hazırki vəziyyətdə Putini dayandırmağın yolunun razılaşma olduğu qərarına gəlib;

Putin də Zelenski ilə danışıqlara hazır olduğunu açıqlayıb: Lavrov istəklərinin “Ukraynanı silahı yerə qoyması” olduğunu deyir; bu, Ukraynanın faktiki təslim olması deməkdir;

Finlandiya modeli olan “neytral status” məsələsi də bunu nəzərdə tutur: Ukraynaya NATO ilə əlaqələri tam kəsmək şərti ilə Rusiya işğalının olmayacağı zəmanəti verilir və Moskva Kiyevin daxili və xarici siyasətinə nəzarəti də ələ keçirir.

Ukrayna üçün “NEYTRAL STATUS”: Zelenski və Putin danışıqlara HAZIRDIR

Lakin indiki şərtlərdə Ukrayna “neytral status”la daha çox şey itirə bilər. Çünki Moskvanın tələbləri daha çox olacaq:

1. Krımın Rusiya tərəfindən ilhaqını qəbul etsin; 2. Donbasın iddia etdikləri sərhədlərini də separatçılara versin;

Zelenski də bunu anlayır, lakin onun “neytral status” üzərində danışıqlara razı olmasının iki səbəbi mümkündür:

Ukrayna üçün “NEYTRAL STATUS”: Zelenski və Putin danışıqlara HAZIRDIR

birincisi, Ukrayna danışıqlarla vaxt qazanmaq istəyir; ikincisi, Kiyev Putinin qarşısını kəsməyin başqa yolunu tapa bilmir;

Zelenskinin Qərbi qorxaqlıqda ittiham etdiyi bugünkü çıxışı fonunda ikinci səbəb daha real görünür.

Oxşar xəbərlər