Rusiya-Ukrayna MÜHARİBƏSİ: Atəş açılmadan “ÖLƏN“ RUBL
Tarix: 24-02-2022, 08:32
Baxılıb: 117
Google+ Paylaş
Tumblr Paylaş

Rusiya-Ukrayna MÜHARİBƏSİ: Atəş açılmadan “ÖLƏN“ RUBL

24-02-2022, 08:32

Rusiya-Ukrayna münaqişəsi getdikcə gərgin hal almağa davam edir. Siyasi analitiklər müharibənin uzaqda olmadığını bildirirlər. Bu, Rusiya iqtisadiyyatına necə təsir edəcək, Rusiya SWIFT-dən (“Society for Worldwide Interbank Financial Telecommunication”-banklararası sistemə nəzarət edən beynəlxalq təşkilat) və digər maliyyə sistemlərindənçıxarıla bilərmi?
 
Yenisabah.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli SWIFT-dən çıxarılma məsələsində əsas söz sahibinin Amerika olduğunu qeyd edib:
 
“ABŞ istəsə, Rusiyanı bu təşkilatdan çıxara bilər. Dünən baş verən hadisələrdən sonra belə olacağını düşünmürəm. Faktiki olaraq Ukraynanın şərq hissəsi 8 ildir onun nəzarətində deyil. Buna görə də, SWIFT-dən çıxarılma deyil”.
 
İqtisadçı bu gərginliyin Rusiya iqtisadiyyatına ikitərəfli təsir etdiyini göstərib:
 
“Rusiyanın səhm bazarı çökür, rus rublu dəyər itirir. Gələcəkdə hansı sanksiyaların tətbiq ediləcəyi də önəmli məsələdir. Hələ ki, sanksiyaların ciddi spektrını görmürük. Avropa, Amerika deyir ki, sanksiyalar tətbiq edəcəyik, lakin ortada heç nə yoxdur.
 
Rus rublunun dəyərdən düşməsi rus əhalisini kasıblaşdırır, sosial vəziyyəti çətinləşdirir, inflyasiyanı artırır. Bununla yanaşı, Rusiyanın ixrac qabiliyyətini artırır. Gərginlik taxılın, neftin, qazın qiymətini qaldırır ki, bu da Rusiya üçün əlavə valyuta gəliridir. Rublun dəyərdən düşməsi isə idxalı pisləşdirir.
 
Hazırki məqamda sanksiyaların spektrini bilmədiyimiz üçün vəziyyət Rusiya iqtisadiyyatının xeyrinədir. Eyni zamanda, ciddi kapital axını problemi var. Bu, Rusiya iqtisadiyyatı üçün başağrısıdır. Çünki investisiya mühiti korlanır”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ