Kremldən QƏZƏBLİ AÇIQLAMA: “Nə hücum? ABŞ Ukrayna xalqını ƏLƏ SALIR…”
Tarix: 13-02-2022, 02:14
Baxılıb: 2 426
Google+ Paylaş
Tumblr Paylaş

Kremldən QƏZƏBLİ AÇIQLAMA: “Nə hücum? ABŞ Ukrayna xalqını ƏLƏ SALIR…”

13-02-2022, 02:14

“ABŞ artıq iki aydır ki, Rusiyanın Ukraynanı işğal etməsi ilə bağlı qlobal təxribat kampaniyası həyata keçirərək sağlam düşüncəni və Ukrayna xalqını ələ salır”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında bildirib.

“ABŞ 2 aydır hər gün deyir ki, Ukrayna Rusiya tərəfindən hücuma məruz qalacaq. Ukrayna Prezidenti və bu ölkənin güc blokunun nümayəndələri onlarda belə bir məlumatın olmadığını bildirir”, – deyə Zaxarova bildirib.

O vurğulayıb ki, Bloomberg, Der Spiegel istisna olmaqla heç bir Amerika media orqanında belə bir məlumat yoxdur.

“Amma görünür, Maydanların ideoloji ilhamvericiləri Ukraynanı tam dağılmayana qədər sakitləşməyəcəklər” deyə Zaxarova əlavə edib. (virtualaz.org)


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ